mobil versiya

Tramp: “Putin mənə hörmət edirdi və biz oyun oynamırdıq”



ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ikinci müddətə namizəd olub-olmayacağına “çox uzaq olmayan gələcəkdə” qərar verəcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə respublikaçı namizədlər arasında favorit olduğunu iddia edib. “Sorğulara görə, mən 40-50 faizlər öndəyəm” deyə, o, söyləyib.
Sabiq dövlət başçısı namizəd olmaq qərarına gəlsə, bir çox rəqibin ona qarşı çıxacağına şübhə etdiyini bildirib. “Onların çoxu dedi ki, mən namizədliyimi irəli sürsəm, namizəd olmayacaqlar. Bunun doğru olub-olmamadığını görmək lazımdır. Ola bilsin ki, yaxın vaxtlarda qərar verəcəm. Biz bu ölkəni yenidən böyük etməliyik”,-deyə Donald Tramp bildirib.
Ağ Evin keçmiş rəhbəri Bayden administrasiyasını xarici siyasət, enerji idarəçiliyi və iqtisadiyyatdakı vəziyyətə görə tənqid edib:
“Bizim enerji müstəqilliyimiz var idi. Bizi bütün dünyada hörmət edirdilər. Vergilərimiz az idi, inflyasiya yox idi, tarixin ən güclü sərhədi bizdə idi, hər şey bizdə idi. İndi ölkəmizə baxın. Ölkəmiz uğursuz yerə çevrilib. Biz tənəzzülə uğrayan bir xalq olmuşuq”.
Donald Trampın iddiasına görə, əgər vəzifəsində qalsaydı, Rusiya prezidenti Vladimir Putin Ukraynaya müdaxilə etməzdi:
“Putin mənə hörmət edirdi, biz oyun oynamırdıq və bütün bunlar da baş verməzdi... İndi neft o qədər bahadır ki, Putin istədiyi kimi davam edə bilər. Pul onun üçün problem olmayacaq”,-deyə o, vurğulayıb.
Musavat.com

DÜNYA
Tarix: 22-10-2022, 17:30