mobil versiya

Fatma Betül Sayan Kaya həbs edilib






Fond istintaqı çərçivəsində "Kapital Bazarı Qanununu pozmaq" və "cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük" ittihamları ilə məhkəməyə göndərilən Fatma Betül Sayan Kaya həbs edilib.

Bu barədə TRT Haber məlumat verib. 

İstanbul Baş Prokurorluğu, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu, kapital bazarlarındakı əməliyyatlarla bağlı fond istintaqını davam etdirir.

Prokurorluğa "şübhəli" kimi ifadəsindən sonra Fatma Betül Sayan Kaya "Kapital Bazarı Qanununu pozmaq" və "cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük" ittihamları ilə həbs tələbi ilə məhkəməyə göndərilib.

Məhkəmə Qayanın bu ittihamlarla həbs olunmasına qərar verib.


Reportyor.az 



KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:36