Qəzzanın mərkəzinə İsrailin hava zərbələri nəticəsində bir fələstinli şəhid olub

Cümə axşamı səhər saatlarında İsrailin Qəzzanın mərkəzinə endirdiyi iki hava zərbəsi nəticəsində bir fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.
Fələstin Xəbər Agentliyi (WAFA) tibbi mənbələrə istinadən xəbər verir ki, Əl-Zəvaydə qəsəbəsinin qərbindəki əraziyə endirilən hava zərbəsi nəticəsində bir fələstinli şəhid olub; Qəzzanın mərkəzindəki Deyr əl-Bələh bölgəsində isə fələstinlilərdən ibarət qrupa qarşı həyata keçirilən başqa bir zərbə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Ötən ilin oktyabr ayında atəşkəs razılaşması qüvvəyə minib. Lakin İsrail qüvvələri Qəzza zolağının müxtəlif ərazilərində hava zərbələri, artilleriya atəşləri və intensiv atışmalarla bu razılaşmanı pozmaqda davam edirlər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:48


























