mobil versiya

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 6 nəfər ölüb





İsrailin cümə günü Fələstin ərazisinin şimalında endirdiyi zərbələr nəticəsində beşi məktəbə çevrilən sığınacaqda olmaqla, ən azı altı nəfər həlak olub.

Reportyor.az xəbər verir ki, bu barədə Qəzzanın mülki müdafiə agentliyi bildirib.

“İsrailin Qəzzanın şimalındakı Cəbəliya ən-Nazla bölgəsində köçkünlərə sığınacaq verən Həlimə əl-Səadiyə məktəbinə endirdiyi zərbə nəticəsində 5 şəhid və digərləri yaralanıb”.

Qəzza şəhərinin cənubunda yerləşən ayrı bir hücumda agentlik ən azı bir nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.

Cümə günü Qəzzanın mərkəzində, Nuseyratdakı Əl-Avda Xəstəxanası İsrail qüvvələrinin yardım paylama məntəqəsi yaxınlığında mülki şəxslərə atəş açmasından sonra bir neçə itki aldığını deyib.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:32