Qətər əmiri və Tramp regional böhrana son qoymaq üçün vasitəçilik səylərini müzakirə edib

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani cümə günü ABŞ prezidenti Donald Trampla telefon danışığında regional gərginliyi azaltmaq üçün diplomatik səyləri müzakirə edib.
İranın yüksək vəzifəli bir rəsmisi cümə axşamı Reuters agentliyinə bildirib ki, İran Qətər vasitəsilə Vaşinqtona nüvə təklifi təqdim edib. O, ABŞ-ın onu nəzərdən keçirdiyini, lakin müzakirələrin Vaşinqtonun əvvəlcə Tehranın yeddi tələbini yerinə yetirməsindən asılı olacağını bildirib.
Bunlara sanksiyaların aradan qaldırılması, dondurulmuş aktivlərə çıxış və müharibə təzminatı daxildir, Vaşinqton isə nüvə məsələlərinin ilkin danışıqlarda yer almasında israr edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:27


























