mobil versiya

Baş nazir: İordaniyanın terrorizmlə mübarizəsi davam edir







Baş nazir Cəfər Həsən cümə günü bəyan edib ki, İordaniyanın terrorizm və ekstremist qruplaşmalarla mübarizəsi davam edir.

O, ölkənin milli təhlükəsizliyə və ictimai sabitliyə təhdid yaradan ekstremist ideologiyaya qarşı heç bir güzəştə getməyəcəyini vurğulayıb. 

"X" sosial media platformasındakı hesabında paylaşım edən Həsən bunları qeyd etdi: "Paytaxt Ammanda törədilən qorxaq və xain terror hücumu nəticəsində şəhid olan, vətən və xidmət borcu yolunda canını fəda edən onbaşı Cavad əl-Sələytəyə Allahdan rəhmət diləyirəm. Onun ailəsinə və yaxınlarına başsağlığı verir, onunla birlikdə xidmət edən leytenant Firas əl-Ənanzəyə isə tezliklə şəfa tapmasını arzulayıram".

Həsən əlavə etdi: "Bir daha təsdiqləyirik ki, İordaniyanın terrorizm və ekstremist qruplaşmalarla mübarizəsi davam edir. Ölkəmizin təhlükəsizliyini və cəmiyyətimizin sabitliyini hədəf alan bu yanlış və ekstremist ideologiya ilə mübarizədə heç vaxt güzəştə getməyəcəyik. Ekstremistlərin və terrorçuların sığınacaqlarına, eləcə də onlarla əməkdaşlıq edən hər kəsə qarşı sərt zərbələr endirəcəyik".

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:19