mobil versiya

Tramp Kim Çen Inın vəziyyəti barədə danışdı



ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pis olması barədə şaiyələrin təsdiqini tapmadığını bildirib.

“Gazeta.ru” xəbər verir ki, D.Tramp koreyalı həmkarına can sağlığı arzulayıb.

“Bu xəbərlər həqiqəti əks etdirmir...Mən “CNN”nin məlumatlarına o qədər də inanmıram”, - deyə dövlət başçısı qeyd edib.

D.Tramp Kim Çen In ilə yaxşı münasibətdə olduğunu bildirib.

SON XƏBƏR / DÜNYA
Tarix: 22-04-2020, 10:20