mobil versiya

KİV: Şimali Koreya liderinin vəziyyəti ağırdır




“Şimali Koreya lideri Kim Çen In cərrahiyyə əməliyyatı keçirib və vəziyyəti çox ağırdır”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu  ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi iddia edib. 

Bildirilib ki, həmin məmur Kim Çen Inın səhhətinin ağır olması barədə kəşfiyyat məlumatını araşdırdıqlarını deyib.

Şimali Koreya rəhbərinin aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etməməsi iddiaya sübut olaraq göstərilir.  

Cənubi Koreyada çıxan “Daily NK” qəzeti Kim Çen Inın ürək-damar sistemində problemin olduğunu və bu səbəbdən cərrahiyyə əməliyyatı keçirdiyini yazıb.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 21-04-2020, 11:05