mobil versiya

MSK sədri: "125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"MSK sədri: "125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"




Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

SON XƏBƏR / KARUSEL
Tarix: 2-01-2020, 15:10