mobil versiya

Pakistan Əfqanıstana hava hücumlarında 36 ölüb, 163 yaralanıb: Taliban rəsmisi






Pakistan Əfqanıstanın cənub-şərqi Paktika, Paktiya və şərqi Kunar əyalətlərində etdiyi hava hücumlarında qadınlar və uşaqlar da daxil olmaqla ən azı 36 nəfər şəhid olub, 163 nəfər yaralanıb.

By barədə Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) sözçü müavini Molla Həmdullah Fitrah özünün X hesabında yazıb və qeyd edib ki, Pakistan qüvvələri bazar günü gecəsi Paktiyanın Samkani rayonunda, Paktikanın Giyan rayonunda və Kunarın Maravara rayonunda hava hücumları həyata keçirib.

O əlavə edib: “Samkani rayonunun Mandoxail kəndində Pakistan reaktiv təyyarələri mülki bir evi bombalayıb, bir yaşlı kişi və bir uşağı şəhid edib, digərləri isə yaralanıb. Kəndlilər xilasetmə üçün toplaşdıqda, ikinci bir hücum həyata keçirilib, 28 mülki şəxs şəhid olub, 158 nəfər yaralanıb.”

Onun sözlərinə görə, Giyan rayonunun Walwast kəndində bir ev bombalanıb, qadınlar və uşaqlar da daxil olmaqla altı nəfər şəhid olub.

Fitrah bildirib ki, Marawara rayonunun Barolo kəndində mülki bir ev bombalanıb və heç bir itki olmayıb, əksinə ev tamamilə dağılıb və maddi itkilərə səbəb olub.

Mətbuat katibinin müavini dünən gecəki hücumlarda ümumilikdə 36 mülki şəxsin, o cümlədən qadın və uşaqların şəhid olduğunu, 163 nəfərin isə yaralandığını, üç evin isə tamamilə dağıldığını bildirib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: 29-06-2026, 12:07