mobil versiya

Pakistanın Kabildəki narkomaniya xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 400 nəfər ölüb



Pakistan ordusunun Kabilin 9-cu polis dairəsindəki narkotik reabilitasiya xəstəxanasına hava hücumları nəticəsində ən azı 400 nəfər şəhid olub, 250-dən çox insan yaralanıb.

Əfqanıstan mediası xəbər verir ki, bu barədə Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) sözçü müavini Molla Həmdullah Fitrat X-də yazıb ki, hücum bazar ertəsi gecəsi saat 21:00 radələrində baş verib və müəssisənin böyük bir hissəsi dağıdılıb.

O əlavə edib ki, itkilərin sayı daha da arta bilər; indiyə qədər ölənlərin sayı 400-ə çatıb və 250-yə qədər insan yaralanıb.

ƏİƏ-nin baş sözçüsü Zəbihullah Mücahid X-də yazıb: "Biz bu cinayəti qətiyyətlə pisləyirik və belə bir hərəkəti bütün qəbul edilmiş prinsiplərə zidd və qeyri-insani hərəkət hesab edirik."

Pakistan ordusunun hərəkəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş şəkildə pislənib.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 17-03-2026, 13:56