Azərbaycan millisi dünya kubokunun final mərhələsində iştirak edəcək

6 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.
World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.
Boksçularımız dünya kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:27


























