İtaliyanın Neapol şəhərində poçt zərfinin içərisində yeddi canlı ilan tapılıb

İtaliyanın Neapol şəhərinin hakimiyyət orqanları adi poçt yoxlaması zamanı poçt zərfinin içərisində yeddi canlı ilan aşkar ediblər.
Bu barədə xarici media xəbər verir.
Qeyri-adi zərfi açanda rəsmilər sürünənləri tapdıqlarına təəccübləniblər. Yeddi ilanın zəhərsiz növ olan "qarğıdalı ilanı" (corn snake) olduğu müəyyən edilib. Yerli hakimiyyət orqanları ilanların lazımi istilik qorunması olmadan daşındığını və bədən istiliyinin təhlükəli dərəcədə aşağı düşdüyü hipotermiyadan əziyyət çəkdiklərini bildiriblər.
Sürünənlər tibbi yardım üçün vəhşi təbiət orqanlarına təhvil verilib.
Canlı ilanların poçt sistemi vasitəsilə göndərilməsində məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma başlanıb.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:21


























