İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən qran-prinin finalında bürünc medal qazanıb.
Paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammed ilə dueldən qalib ayrılıb.
O, yarımfinalda meksikalı Juan Duego Garcia Lopezə məğlub olub.
Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveira döyüşə çıxmadığından, İmaməddin Xəlilov yarışın bürünc mükafatına sahib çıxıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:04


























