mobil versiya

Bu gün iki idmançımız mübarizə aparacaq



Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 2 idmançısı mübarizə aparacaq.
Paraatlet Səid Nəcəfzadə (T12 kateqoriyası) uzunluğa tullanma yarışında medal qazanmağa çalışacaq.
Paraüzgüçü Raman Saley ( S13 kateqoriyası) isə 50 metr məsafəyə sərbəst üsulla üzmədə gücünü yoxlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində üç medal var. Parataekvondoçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) gümüş, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) bürünc medal qazanıb.

KARUSEL / İDMAN
Tarix: 2-09-2024, 10:58