mobil versiya

“Paris-2024” Yay Paralimpiya Oyunlarının bu gün açılış mərasimi keçiriləcək



Bu gün “Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Yelisey Çölləri prospektində start götürəcək mərasimə Konkord meydanında yekun vurulacaq.
Tədbirin gedişində paralimpiyaçıların paradı olacaq. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandıracaqlar.
Açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyəcək.
Azərbaycan Paris Paralimpiadasında 7 növdə 19 idmançı ilə təmsil olunacaq.
29 avqust
Parataekvondo
Röyalə Fətəliyeva (K44 kateqoriyası, 52 kiloqram)
Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram)
Təsnifat: 12:00-16:30
Final: 19:00-23:30
Paraüzgüçülük
Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə)
Təsnifat: 12:26
Final: 20:10
Parakamandan oxatma
Cahan Musayev
Təsnifat: 15:00
30 avqust
Parataekvondo
İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram)
Təsnifat: 11:30-17:30
Final: 19:00-00:30
Paraatıcılıq
Kamran Zeynalov (P1 kateqoriyası, 10 metr məsafəyə atəş açma)
Təsnifat: 13:15
Final: 16:00
Paraatletika
Oloxan Musayev (F55 kateqoriyası, nüvə itələmə)
21:05
31 avqust
Paraüzgüçülük
Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə)
Təsnifat: 11:30
Final: 19:30
Könül Süleymanova (S2 kateqoriyası, 50 metr məsafəyə arxası üstə üzmə)
Təsnifat: 13:09
Final: 21:50
Parataekvondo
Əbülfəz Abuzərli (K44 kateqoriyası, 80 kiloqram)
Təsnifat: 12:00-16:30
Final: 19:00-23:30
Paraatıcılıq
Aybəniz Babayeva (P2 kateqoriyası, 10 metr məsafəyə atəş açma)
Təsnifat: 14:00
Final: 16:45
2 sentyabr
Paraatletika
Səid Nəcəfzadə (T12 kateqoriyası, uzunluğa tullanma)
12:00
Paraüzgüçülük
Raman Saley (S13 kateqoriyası, 50 metr məsafəyə sərbəst üsulla üzmə)
Təsnifat: 12:43
Final: 20:41
3 sentyabr
Paraatletika
Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış)
22:08
4 sentyabr
Paraüzgüçülük
Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə sərbəst üsulla üzmə)
Təsnifat: 11:30
Final: 19:30
Paraatıcılıq
Kamran Zeynalov (P4 kateqoriyası, 50 metr məsafəyə atəş açma)
Aybəniz Babayeva (P4 kateqoriyası, 50 metr məsafəyə atəş açma)
Təsnifat: 11:30
Final: 14:15
Parapauerliftinq
Ceyhun Mahmudov (54 kiloqram)
20:35
Paraatletika
Rüfət Rəfiyev (F36 kateqoriyası, nüvə itələmə)
23:10
5 sentyabr
Paraüzgüçülük
Vəli İsrafilov (SB13 kateqoriyası, 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə)
Təsnifat: 12:49
Final: 21:01
7 sentyabr
Paraatletika
Orxan Aslanov (T13 kateqoriyası, uzunluğa tullanma)
12:00
Lamiyə Vəliyeva (T13 kateqoriyası, 400 metr məsafəyə qaçış)
12:22
Paracüdo
Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kiloqram)
Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kiloqram)
İlham Zəkiyev (J1 kateqoriyası, +90 kiloqram)
Təsnifat: 11:30-14:12
Final: 17:30-20:00
Paraüzgüçülük
Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə butterfly (kəpənək) üsulu ilə üzmə)
Təsnifat: 12:49
Final: 21:23
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

KARUSEL / İDMAN
Tarix: 28-08-2024, 10:47