mobil versiya

“Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarlarımız müəyyənləşib


Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.
Bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, yarışların açılış mərasimində parataekvondoçu İmaməddin Xəlilov və paraatletika üzrə millinin üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtında Azərbaycan Bayrağını daşıyacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.


KARUSEL / İDMAN
Tarix: 8-08-2024, 12:09