mobil versiya

Tacikistan dünyanın ən təhlükəsiz ölkədifir - Ölkə Gallup-un Qlobal Hüquq və Qayda İndeksində birinci yerdədir






2025-ci ilin sonunda Tacikistan Respublikası Gallup İnstitutunun Qlobal Hüquq və Qayda İndeksində sorğuda iştirak edən ölkələr arasında mümkün 100 baldan 96 bal toplayaraq birinci yeri tutub.

Bu barədə 2026-cı il Qlobal Təhlükəsizlik Hesabatında məlumat verilib.

Hesabata görə, Tacikistan ardıcıl ikinci ildir ki, indeksdə birinci yerdədir və onun balı 2018-ci ildən bəri 90-dan yuxarı olaraq qalır. Bu nəticə 140 ölkə və ərazinin əhalisi arasında aparılan sorğuya əsaslanır.

Xüsusilə, Tacikistan sakinlərinin 93 faizi gecələr məhəllələrinin küçələrində tək gəzərkən özlərini təhlükəsiz hiss etdiklərini bildiriblər.


Mənbəyə görə, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri 95 balla sonrakı yerlərdədir. 94 balla Vyetnam, 93 balla Bəhreyn və İslandiya da ən yüksək bal toplayan ölkələr arasındadır.

Gallup-un Hüquq və Qayda İndeksi dörd göstərici əsasında hesablanır: vətəndaşların yerli polisə inamı, gecələr tək gəzərkən təhlükəsizlik hissi və hücuma məruz qalma, pul və ya əmlak oğurlanması təcrübələri.

Gallup-un məlumatına görə, 2025-ci il sorğusunda 140 ölkə və ərazidən 15 yaş və yuxarı 143.620 nəfər iştirak edib.

Sorğunun nəticələri göstərir ki, Tacikistan 93 faizlik balla dünyanın ən yaxşı on ölkəsi arasındadır.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:40