XİN Küveytə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.
Bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
"Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.
Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır", - paylaşımda deyilir.
KARUSEL / SİYASƏT
Tarix: 12-06-2024, 19:34