mobil versiya

İƏT baş katibi üzv ölkələrə səsləndi


Azərbaycan Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür edirik.
Bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin açılış tədbirindəki çıxışında bildirib.
O qeyd edib ki, bu mərkəzin açılışı sosial, iqtisadiyyat, təhsil, həmçinin, İKT kimi sahələri genişləndirməyə imkan verəcək.
“Bu mərkəz İƏT ölkələri arasında əməkdaşlığı genişləndirəcək. Bütün üzv dövlətlərini mərkəzin əsasnaməsinə qoşulmağa çağırıram”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda Əmək Mərkəzinin açılış tədbiri keçirilir. Mərkəz tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq. 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.


KARUSEL / SİYASƏT
Tarix: 22-11-2023, 12:01