mobil versiya

Yasamalın bəzi ərazilərində işıq olmayacaq





Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

"Azərişıq" ASC-dən bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Reportyor.az 





KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:16