Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:42



























