mobil versiya

Paytaxtın üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq



Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarında təmir və yenidənqurma işləri aparılacaq.

"Azərişıq" ASC-dən bildirilib ki, Yasamal rayonunda təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov və Zaur Kərimov küçələrində, həmçinin Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni özünüdaşıyan izolyasiyalı naqillərin çəkilişi ilə əlaqədar Şərq və Ramiz Qəmbərov küçələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Xəzər rayonunun Buzovna qəsəbəsində 6 kV-luq elektrik naqillərinin dəyişdirilməsi ilə əlaqədar Albalılıq yaşayış massivinin, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerji təchizatında məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.


Reportyor.az 


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 10:19