AFFA “Real”ın rəsmisini cəzalandırıb

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.
Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyev 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.
Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:17


























