mobil versiya

“Qarabağ”ın hakimləri təhqir edən futbolçusu 4 oyunluq cəza alıb



Əvəzedicilər Liqasında çıxış edən “Qarabağ-2” komandasının futbolçusu Nihad Mollayev 4 oyunluq cəzalandırılıb.

Reportyor.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının 25-ci turunda “Sumqayıt-2” ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.
AFFA “Sumqayıt-2” komandasını da cəzalandırıb. “Qarabağ-2” ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.

KARUSEL / İDMAN
Tarix: 7-03-2025, 12:14