mobil versiya

Seneqal yığmasının qalmaqallı baş məşqçisi cəzalandırılıb



Futbol üzrə Seneqal yığmasının qalmaqallı baş məşqçisi Pape Tiau Afrika Futbol Konfederasiyası tərəfindən cəzalandırılıb.

Buna səbəb kimi onun Afrika Millətlər Kubokunun final matçında Mərakeşə verilən penaltiyə etiraz olaraq oyunçularını meydanı tərk etməyə çağırması olub.

Pape Tiau idmançıya yaraşmayan davranış, ədalətli oyun prinsiplərini pozmaq və futbolun imicinə xələl gətirməkdə günahlandırılaraq beş oyunluq diskvalifikasiya edilib və 100.000 dollar məbləğində cərimə olunub.

Sanksiya yalnız Afrika Futbol Konfederasiyası tərəfindən təşkil edilən turnirlərə şamil olunacaq.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Dünən, 14:43