Qazaxıstan millisinin baş məşqçisi istefa verib

Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb.
KFF xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefası qəbul olunub.
Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.
Bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:18


























