Niderlandın baş məşqçisi Cəbəllütariqi anti-futbol oynamaqda suçladı
"Bu, anti-futboldur. Yeddi qol vurmağımızdan razı qaldım, amma hər dəfə futbolçularımız rəqibin oyunçularına toxunanda onlar yerə yıxılırdı".
"Report"un məlumatına görə, bu fikirləri Niderland yığmasının baş məşqçisi Frank De Bur səfərdə Cəbəllütariqa qalib gəldikləri DÇ-2022-nin seçmə oyunundan sonra deyib.
51 yaşlı mütəxəssis rəqibin belə oynayacağını gözlədiyini sözlərinə əlavə edib: "Bu, sadəcə bezdiricidir. Qapıçı az qala topu oyuna bir dəqiqəyə daxil edir. Şadam ki, oyun başa çatdı".
Qeyd edək ki, Niderland seçməsi 3 oyundan sonra G qrupunda 6 xalla ikinci sıradadır. Qrupa 7 xalla Türkiyə yığması başçılıq edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 31-03-2021, 11:33