mobil versiya

Əsrin ən yaxşı məşqçisi açıqlanıb



XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Joze Mourinyo başçılıq edir.

Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.

İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb.

3-cü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşür. Hər iki mütəxəssisin 183 xalı var.

Qeyd edək ki, siyahıda planetin 15 məşqçisi yer alıb.


KARUSEL / İDMAN
Tarix: 15-02-2021, 13:45