mobil versiya

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu




Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

    
REPORTYOR.AZ sportinfo.az-a istinadən xəbər verir ki, o, artıq xəstəxanaya yerləşdirilib. Nəfəs darlığından və yüksək hərarətdən əziyyət çəkən mütəxəssisin durumu hazırda sabitdir. 
                                                 
    
Onun hansı şəraitdə xəstəliyə yoluxduğu dəqiq deyil. Maraqlıdır ki, Nadir bəy xəstəxanaya aparılanadək son bir neçə günü evdə keçirib.

    
Qasımov "Bakı fəhləsi", "MKT-Araz", "Avtomobilçi", "Bakılı", "Şuşa-Qarabağ" kimi bir çox klubu çalışdırıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 5-06-2020, 12:28