mobil versiya

Rayan Giqqz: "Azərbaycanla oyun asan olmayacaq"



"Bakıda olmaqdan çox məmnunam. İnanıram ki, burada vaxtımızı yaxşı keçirəcəyik".

"Report"un məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis bildirib ki, Qaret Beylin vəziyyətinin normal olduğunu bildirib. O, sabahkı qarşılaşmanın çox vacib olacağını vurğulayıb: "Hər iki komandaya uğurlar arzulayıram. Qalib gəlməyəyə çalışacağıq".

Baş məşqçi mikor-zədədən əziyyət çəkən Ceyms Lourensin vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb: "Oyunda nizam-intizam qaydaları vacibdir. İlk günlər məşq üçün çətin oldu. Məşq etməyə zamanımız məhdud idi. Azərbaycanla oyun asan olmayacaq. Bu rəqibin Xorvatiyadan xal aldığını bilirik. Qalib gəlməyə çalışacağıq. Problemlərlə qarşılaşa bilərik. Amma qalib olmağa çalışacağıq".

Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını xatırladıb: O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.

SON XƏBƏR / KARUSEL
Tarix: 15-11-2019, 12:30