mobil versiya

“Formula-1” rəsmisi: “Azərbaycan Qran-prisinin vaxtı ilə bağlı son bir ildə UEFA ilə danışıqlar aparmışıq”


“Yayın ilk mərhələsinin Bakıda keçirilməsi daha optimaldır. Azərbaycandakı mərhələnin Kanadadan 1 həftə öncə baş tutması yaxşı olacaq". APA-nın məlumatına görə, bunu bunu "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams deyib. 
O, yeni mövsümün ilkin təqviminin müəyyənləşməsindən sonra qatıldığı mətbuat konfransında bir sıra məqamlara aydınlıq gətirib. “Formula-1” rəsmisi Azərbaycan Qran-prisinin apreldən yenidən iyuna qaytarılmasını faydalı hesab edib: “Əvvəl Monreal Bakıdan öncə keçirilirdi. Bu, heç də asan deyidi. İlk dəfə Azərbaycan paytaxtında yarış təşkil olunduqda bir qədər çətinliklər yaranmışdı. Çünki “Formula-1”i ilk dəfə qəbul edən ölkə üçün daha çox vaxt ayrılması düzgündür. Məsələn, 2020-ci ildə təqvimə yeni salınan Vyetnam Qran-prisindən öncə belə bir vaxt olacaq. Hanoyda, həmçinin Zandvoortda bu prinsip pozulmayacaq”. 
K. Target-Adamsın vurğulayıb ki, yarışın iyunun 7-nə təyin edilməsindən öncə UEFA ilə da danışıqlar aparıblar: “Bakı bizim üçün maraqlıdır. Çünki bu gələn il AVRO-2020-ni qəbul edəcək 12 şəhərdən biridir. Son bir ildə, bəlkə də bir qədər az müddət UEFA ilə danışıqlar aparmışıq. Çalışmışıq ki, onlarla eyni vaxtda, eyni şəhərdə olmayaq. Çünki otel nömrələri və turist resurslarının çatışmazlığı ilə üzləşə bilərik”. 
Qeyd edək ki, “Formula-1”in yeni mövsümündə 22 mərhələ olacaq. Bu da 70-ci dəfə keçiriləcək yarışda bir ilkdir. Bakıdakı AVRO-2020-nin oyunları iyunun 13-də, 17-də, 21-də və iyulun 4-də BOS-da təşkil olunacaq.






ÖLKƏ / İDMAN
Tarix: 29-08-2019, 13:54