mobil versiya

Trampdan bomba effekti yaradacaq AÇIQLAMA: Bir neçə həftə ərzində İran...


Əgər İran indiki hərəkətlərinə davam edərsə, onda o real güclə qarşılaşacaq.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp G7 sammitinin nəticəsinə görə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.
ABŞ prezidenti həmçinin, İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bildirib. Tramp görüşün bir neçə həftə ərzində baş tutmasının real olduğunu söyləyib.
Daha əvvəl jurnalistlərə açıqlama verən Makron Tramp-Ruhani görüşünə hazırlıqların davam etdiyini qeyd etmişdi. Görüşün sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının növbəsi sessiyası zamanı baş tutması gözlənilir.
Qeyd edək ki, daha əvvəl Həsən Ruhani ölkənin neft ixracını sıfra endirmək cəhdləri ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, bu halda dəniz yollarının əvvəlki təhlükəsizliyinə bel bağlamaq olmaz.
 /publika.az/
SİYASƏT / DÜNYA
Tarix: 26-08-2019, 21:58