Messidən sonra Argentina millisinin “10 nömrə”si kim olacaq?

Argentina millisinin 39 yaşlı hücumçusu Lionel Messi yığmadakı karyerasını başa vurduqdan sonra onun 10 nömrəli formasını “Komo”nun yarımmüdafiəçisi Nikolas Pas geyinə bilər.
ESPN xəbər verir ki, milli komandanın baş məşqçisi Lionel Skaloni müqaviləsini yeniləsə, Messinin gedişindən sonra 10 nömrəni Pas daşıyacaq.
21 yaşlı futbolçu 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində gümüş medal qazanıb. Pas mundialda qrup mərhələsinin iki oyununda meydana çıxıb. O, ümumilikdə Argentina yığmasının formasında 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:28


























