Messi milli karyerasını nə vaxt bitirəcək?

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin Venesuela yığması ilə oyunundan (3:0) sonra komandadakı karyerasını hələ də başa vurmaq qərarına gəlmədiyini bildirib.
“TyC Sports” xəbər verir ki, o, səbrli olduğunu söyləyib:
“Mən həvəsli və səbirliyəm. Addım-addım. Hələ qərar verməmişəm!”
38 yaşlı forvard ötən həftə Buenos-Ayresdə Venesuela yığması ilə görüşün onun dünya çempionatının seçmə mərhələsində son ev oyunu olacağını təsdiqləyib.
Argentina millisi DÇ-2026-nın Cənubi Amerika üzrə qrupunda birinci yeri təmin edib.(komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:17