Argentina millisi Braziliyanı məğlub edib
DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina millisi Braziliyanı məğlub edib.
Reportyor.az xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Son dünya çempionlarının heyətində Xulian Alvares (4), Enzo Fernandes (12), Aleksis Makallister (37) və Culiano Simeone (71) fərqlənib. Braziliya millisinin yeganə qolunu Mateus Kunya 26-cı dəqiqədə rəqib qapısından keçirib.
Argentina millisinin lideri Lionel Messi zədə səbəbindən bu oyunda iştirak etməyib.
Lionel Skaloninin komandası dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib. 31 xalla turnir cədvəlinin ilk pilləsində yer alan Argentina hələ bu oyundan əvvəl mundialdakı yerini təmin edib. Braziliya isə hazırda 21 xalla dördüncüdür. Seçmə mərhələnin sonunda turnir cədvəlində ilk 6 yeri tutan komandalar dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
KARUSEL / İDMAN
Tarix: 26-03-2025, 11:25