mobil versiya

2027-ci tədris ili bakalavr üzrə “Qlobal Koreya” təqaüd proqramı





Koreya Respublikası 2027-ci il üzrə bakalavriat təhsil səviyyəsi üçün “Qlobal Koreya” Təqaüd Proqramını elan edir.

Proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Müraciətlərin qəbulu 15 sentyabr 2026-cı il saat 06:00-dan 30 sentyabr 2026-cı il saat 13:00-dək Azərbaycan vaxtı ilə yalnız www.studyinkorea.go.kr saytı vasitəsilə həyata keçiriləcəkdir.

Səfirliyin birinci seçim mərhələsindən keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap variantlarını və tələb olunan təsdiqlənmiş sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər. Sənədlərin təqdim edilməsi üçün son tarix, sənədlərin yoxlanılması və müsahibə qrafiki Səfirliyin rəsmi internet səhifəsində ayrıca elan ediləcəkdir.

Təqaüd proqramı universitet üzrə təhsil haqqını, Koreya dili hazırlıq proqramını, proqram qaydalarına uyğun ekonom sinif aviabileti xərclərini və yaşayış, yerləşmə, tibbi sığorta və digər nəzərdə tutulan xərcləri əhatə edən aylıq təqaüdü təmin edir. Təhsil müddəti birillik Koreya dili hazırlığından sonra bakalavriat üzrə 4–6 il təşkil edir.

Proqram barədə ətraflı məlumatı aşağıdakı keçidlər vasitəsilə əldə edə bilərsiniz:

https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/list.do

https://www.studyinkorea.go.kr/ko/plan/scholarship.do


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:42