mobil versiya

Qida təhlükəsizliyinin 7 qızıl qaydası: HACCP prinsipləri






Qida məhsullarının təhlükəsizliyi müəssisələr üçün həm sağlamlıq, həm də etibar məsələsidir.

AQTA bildirir ki, HACCP-in 7 qızıl prinsipi bunun təmin olunmasının ən etibarlı yoludur:
1.    Təhlükə analizi – Hər mərhələdə qida zəhərlənməsinə səbəb ola biləcək bakteriyalar, allergenlər və yad cisimlər kimi risklər müəyyən edilir.
2.    Kritik Nəzarət Nöqtələri – Yalnız bu nöqtələrdə tətbiq olunan nəzarət təhlükəni dayandırır.
3.    Kritik limitlər – Hər kritik nəzarət nöqtəsi üçün qəbul edilə bilən sərhədlər müəyyən edilir. Məsələn, bişmə temperaturu və müddəti.
4.    Monitorinq – Proseslər davamlı izlənir, problemlər dərhal aşkarlanır.
5.    Korrektəedici tədbirlər – Uyğunsuzluq baş verərsə, dərhal müdaxilə edilir.
6.    Verifikasiya – Sistem effektivliyi yoxlanılır və qiymətləndirilir.
7.    Sənədləşmə – Hər addım yazılı və təsdiqlənmiş formada saxlanılır.
Beləliklə, nəzarət hər zaman əlçatan olur.
Bu prinsiplər sadəcə kağız üzərində yazılmış prosedurlar deyil. Onlar bütün istehsalat prosesinizə tətbiq olunan elmi əsaslı idarəetmə sistemidir.
Bir sözlə, müəssisəyə HACCP prinsipləri tətbiq olunduqda qida məhsullarında risklər minimuma endirilir, məhsullar təhlükəsiz olur və etibar artır.
HACCP prinsiplərini gündəlik istehsalatınıza tətbiq etməklə riskləri minimuma endirmək və məhsullarınızın etibarını artırmaq üçün www.afsi.gov.az saytına daxil olun və ya 1003 Çağrı Mərkəzi ilə əlaqə saxlayın.
 
 
 

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:06