mobil versiya

Azərbaycanla Almaniya arasında iqtisadi, təhsil, sülh və təhlükəsizlik məsələləri müzakirə olunub




"İqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin dünən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi tanışlıq görüşünün əsas mövzuları olub".

Bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyi sosial media hesabındakı paylaşımda deyilir.

"Görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb. Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik"!


Reportyor.az 



KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:14