Səfir "Bakının Əbədi Od Məbədi" kitabını nazir müavininə təqdim edib

Hindistanın Azərbaycandakı Səfiri Abhay Kumar Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.
Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
Görüşdə onlar Hindistan-Azərbaycan münasibətlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Səfir Kumar Elnur Məmmədova Hindistan və Azərbaycan arasında "Atəşgah" məbədi vasitəsilə mövcud olan tarixi və mədəni əlaqələri işıqlandıran "Bakının Əbədi Od Məbədi" (Baku’s Temple of Eternal Fire) kitabının bir nüsxəsini təqdim edib.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:45


























