300-dən çox Hindistan vətəndaşı Azərbaycan vasitəsilə İrandan təhlükəsiz şəkildə təxliyə edilib

Hindistanın Azərbaycandakı Səfiri Abhay Kumar İrandan Azərbaycan vasitəsilə təxliyə edilən sonuncu hind tələbələri ilə görüşüb.
Bu barədə səfirlik sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"06.03.2026-cı il tarixindən bu günə qədər 189 tələbə də daxil olmaqla 300-dən çox Hindistan vətəndaşı Azərbaycan vasitəsilə İrandan təhlükəsiz şəkildə təxliyə edilib.
Onların vəziyyəti ilə maraqlanan səfir, Hindistan vətəndaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsinin asanlaşdırılması üçün Hindistanın Azərbaycandakı səfirliyi və Xarici İşlər Nazirliyinin göstərdiyi dəstəyi vurğulayıb".
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-04-2026, 10:46



























