mobil versiya

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub



İrandan təxliyə prosesi davam edir.

Fevralın 28-dən bu gün saat 10-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 1105 nəfər təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiya, Çin, Slovakiya, Pakistan, Türkiyə, Tacikistan, Özbəkistan, Cənubi Afrika, Gürcüstan və digər ölkələrin vətəndaşları var.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir. (Azərtac)

Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: 4-03-2026, 11:34