Qəzzadakı bütün Rusiya vətəndaşları təxliyə olunub

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova nazirliyin "X" hesabında paylaşım edib.
O, bildirib ki, dekabrın 18-də Qəzza zolağından təxliyə edilən rusiyalıların son qrupu və onların fələstinli ailə üzvləri xüsusi reyslə Qahirədən Moskvaya gəlib. Ümumilikdə 1100-dən çox insan Rusiyaya təxliyə edilib: "Dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq".
KARUSEL / DÜNYA
Tarix: 20-12-2023, 17:48