mobil versiya

“İndiyədək Türkiyədən Azərbaycana 205 vətəndaşımız təxliyə olunub” - XİN sözçüsü


“Zəlzələ baş verən gündən indiyədək Türkiyədən Azərbaycana 205 nəfər vətəndaşımız təxliyə olunub”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, təxliyə prosesi avtobuslarla həyata keçirilir: “Hər şəhərdə səfirliyimizin nümayəndələri var. Səfirliyin veb-saytındakı nömrələrlə əlaqə saxlamaqla Türkiyədən təxliyə olunmaq mümkündür. Bundan başqa, şəhərlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri də var. Vətəndaşlarımız onlara müraciət etməklə də təxliyə oluna bilərlər”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. (Report)

KARUSEL / GÜNDƏM
Tarix: 8-02-2023, 15:49