Azərbaycan Kuboku: Bu klublar 1/8 finalda

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib.
"Mingəçevir"ə 5:1 hesabı ilə qalib gələn “Qəbələ” və "Səbail"i bir cavabsız qolla üstələyən “Şamaxı” 1/8 finala vəsiqə qazanıblar.
Bu mərhələnin son oyunu saat 19:00-da "Neftçi" və MOİK komandaları arasında olacaq.
Qeyd edək ki, daha əvvəl "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq", "Şəfa", “Sumqayıt", "Difai" və Şahdağ Qusar" 1/8 finala yüksəliblər.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 18:20


























