mobil versiya

Dünyanın ən güclü pasportları açıqlanıb – Azərbaycan neçənci sıradadır?


Dünyanın ən güclü pasportlarının 2024-cü il üzrə yeni siyahısı açıqlanıb.

“Henley Passport Index” portalına görə, hazırda dörd Avropa ölkəsi dünyanın ən güclü pasportlarına malikdir.

Həmin ölkələr - Fransa, Almaniya, İtaliya və İspaniyadır. Bu ölkələrlə yanaşı Sinqapur və Yapniya da birinci sırada yerləşiblər. Sözügedən ölkənin vətəndaşları 194 ölkəyə vizasız səyahət edə bilirlər.

İkinci sırada Finlandiya, Cənubi Koreya və İsveç var. Bu ölkənin vətəndaşaları 193 ölkəyə vizasız daxil ola bilirlər. Üçüncü yerdə Avstriya, Danimarka, İrlandiya və Hollandiya, dördüncü yerdə Belçika, Lüksemburq, Norveç, Portuqaliya və Böyük Britaniya kimi ölkələr yer alıblar. Yunanıstan, Malta və İsveçrə isə beşinci yeri bölüşüblər. Çexiya, Polşa, Avstraliya və Yeni Zelandiyaya altıncı sıradadırlar. Macarıstan Kanada və ABŞ ilə birlikdə yeddinci yeri bölüşür. Estoniya və Litva səkkizinci, Latviya, Slovakiya və Sloveniya doqquzuncu, İslandiya isə onuncu yerdədir.
Ətraflı

İlk 20-liyə daxil olan digər Avropa ölkələri arasında Kipr və Lixtenşteyn 12, Bolqarıstan, Xorvatiya və Rumıniya 13, Monako 14 , Andorra 19-cu sıradadır.

Siyahıda 32-ci yerdə olan Ukraynadan sonra bir sıra Balkan ölkələri, o cümlədən Serbiya 37, Şimali Makedoniya 45, Monteneqro 46 və Albaniya 48-ci yerdədir.

Moldova 49-cu, Bosniya və Herseqovina və Gürcüstan 50-ci, Türkiyə 52-ci, Belarus 64-cü, Kosova 68-ci, Azərbaycan 70-ci, Ermənistan 74-cü yerdə qərarlaşıb.

Siyahıda yer alan 104 ölkə arasında Əfqanıstan dünyanın ən zəif pasportuna malik ölkə kimi sonuncu yerdədir. Suriya, İraq, Pakistan və Yəmən son beşlikdə, Somali 99-cu, Liviya, Nepal və Fələstin 98-ci, Banqladeş və Şimali Koreya 97-ci, Eritreya və Şri Lanka 96-cı, İran, Livan, Nigeriya və Sudan 95-ci yerdədir.(“AzPolitika.info”)

MARAQLI / KARUSEL
Tarix: 11-01-2024, 13:35