mobil versiya

Ən güclü pasportların siyahısı açıqlandı – Azərbaycan neçənci sıradadır?


Dünyanın ən güclü pasportuna sahib olan ölkələrin siyahısı açıqlanıb.
“AzPolitika.info” xəbər verir ki, qlobal miqyasda vətəndaşlıq və yaşamaq hüququ üzrə xidmət göstərən “Henley&Partners” şirkəti sözügedən siyahını vizasız gedilə bilən ölkələrin sayı əsasında hazırlayıb.
Siyahının ilk pilləsində Sinqapur qərarlaşıb. Belə ki, Sinqapur pasportuna sahib olan vətəndaşlar dünyanın 192 ölkəsinə vizasız səfər edə bilirlər.
İkinci sırada isə Almaniya, İtaliya və İspaniya yer alıb. Bu ölkələrin pasportu 190 ölkəyə vizasız girşə icazə verir.
Avstriya, Finlandiya, Fransa, Lüksemburq, Cənubi Koreya, İsveç və Yaponiyanın pasportları isə 189 ölkəyə vizasız girişlə üçüncü yerdədirlər.
Azərbaycan isə bu indeksdə 72-ci sırada qərarlaşıb. Azərbaycan pasportu ilə 69 ölkəyə vizasız səfər etmək mümkündür.
3 aydan bir yenilənən indekslərdə qardaş ölkə Türkiyə 3 pillə irəliləyib. 1 yanvar 2023-cü ildə dərc edilən indeksdə 53-cü sırada olan Türkiyə 50-ci sıraya yüksəlib və beləliklə Türkiyə pasportu ilə vizasız girilə bilən ölkələrin sayı 114-ə çatıb.
Qeyd edək ki, Əfqanıstan, İraq və Suriya vizasız gediş-gəlişlə bağlı dünyanın ən zəif üç pasportu olub.

MARAQLI / KARUSEL
Tarix: 18-07-2023, 16:37