DÇ-2026: Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə üz-üzə gələcək.
“Park de Prins” stadionunda, saat 22:45-də start götürəcək qarşılaşmanı norveçli FİFA referisi Rohit Saqqi idarə edəcək.
Fransa millisi 6 xalla qrup lideridir, İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 10:35