Azərbaycanın U-21 millisi bu gün Serbiya ilə oynayacaq
21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək matç saat 19:00-da start götürəcək. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.
KARUSEL / İDMAN
Tarix: 10-09-2024, 09:21