mobil versiya

Millimiz Macarıstanla üz-üzə gələcək



Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Siyasət Əsgərovun yetirmələri B liqasının I qrupunda son ev görüşündə Macarıstanı qəbul edəcək. Komandamız qalib gəlsə, qrup sonuncusu olmayacağı rəsmiləşəcək. Bu, həm çempionatın pley-offuna vəsiqə qazandıracaq, həm də yığmamız B liqasında qalacaq.
Qeyd edək ki, millimiz dörd gündən sonra səfərdə İsveçrə ilə üz-üzə gələcək.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, I qrup
V tur, 12 iyul
20:00. Azərbaycan - Macarıstan
Baş hakim: Jelena Pejkoviç (Xorvatiya)
Liv Bona Dea Arena
1İsveçrə43019-39
2Türkiyə42024-56
3Macarıstan41124-54
4Azərbaycan41122-64

KARUSEL / İDMAN
Tarix: 12-07-2024, 09:07